EN

Cüdoçularımızın dünya çempionatındakı rəqibləri məlum olub

Oktyabrın 4-də Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Mundialda Azərbaycan ümumilikdə 5 çəki dərəcəsində 8 idmançı (6 oğlan, 2 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yarışda 65 ölkədən 463 cüdoçu iştirak edəcək.

Dünya çempionatının təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 16:30-da, final blokunu isə 03:00-da başlayacaq.

Oğlanlar:

60 kq, 1/32 final
Fərid Qarayev – Yuk Yu Lam (Honkonq)

-60 kq, 1/16 final
Nihad Məmişov – Luka Kabekana (Almaniya) / İsxak Aşpiz (İsrail) cütünün qalibi ilə

-66 kq, 1/32 final
Nizami İmranov – Alessandro Bikornyi (İtaliya)

-66 kq, 1/16 final
Məhəmməd Musayev – Saud Alzahrani (Səudiyyə Ərəbistanı)

-81 kq, 1/16 final
Süleyman Şükürov – İnyaki Baztan Merçan (İspaniya) / Genadi Çijevski (Moldova) cütünün qalibi ilə

+100 kq, 1/8 final
Ramazan Əhmədov – Giorgi Baduaşvili (Gürcüstan)

Qızlar:

-52 kq, 1/32 final
Xədicə Qədəşova – Harli Hiller (ABŞ)

-52 kq, 1/16 final
Aydan Vəliyeva – Lola Hodson (Böyük Britaniya)

İdman.biz

Chosen
34
2
idman.biz

3Sources