EN

Tbilisidə aksiyalar zamanı Murtaz Zodelava və İrakli Nadiradze həbs edilib

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanları Milli Hərəkat üzvləri Murtaz Zodelava və İrakli Nadiradzeni həbs ediblər.

APA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Zodelava Rustaveli prospektində jurnalistlərə açıqlama verərkən saxlanılıb. Nadiradze də Rustaveli prospektində saxlanılıb.

Həbs olunmazdan əvvəl Zodelava heç kimi günahlandırmadığını, bunun onun üsyanı olduğunu və peşman olmadığını bildirib.

Chosen
22
1
apa.az

2Sources