EN

AFFA-nın icraçı vitse-prezidenti: "Bu, Azərbaycana olan etibarın nümunəsidir"

"Azərbaycanda mötəbər turnirlərin keçirilməsi ölkəmizə olan etibarın nümunəsidir".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O, III MDB Oyunları haqqında düşüncələrini bölüşüb:

"Bir neçə gündü ölkəmiz mötəbər yarışa ev sahibliyi edir. Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirildi.

Ölkəmiz həmçinin, 20 yaşadək futbolçuların dünya çempionatına rəhbərlik edəcək. Bu da ölkəmizə olan etibarın nümunəsidir.

Sözügedən yarış qardaş ölkə Özbəkistanla birlikdə keçiriləcək. Əminik ki bu turnir yüksək səviyyədə təşkil ediləcək"

AFFA rəsmisi Azərbaycan millisinin III MDB Oyunlarında çıxışına toxunub:

"Bu yaşda uşaqlar üçün belə turnirlər çox vacibdir. Çünki hər biri gələcəyin futbolçularıdır və peşəkarlıq səviyyələrini belə turnirlərdə artıra bilirlər.

Komandamız yüksək hazırlıq prosesi keçib. Bunun nəticəsi olaraq komanda yüksək səviyyədə çıxış edir".

III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Chosen
26
sportinfo.az

1Sources