Azərbaycanın U-16 millisinin futbolçusu Əli Bəşirov III MDB Oyunlarının finalında qarşılaşdıqları Rusiya millisinin keyfiyyətli komanda adlandırıb.
Sportinfo.az xəbər verir ki, hücumçu bunu jurnalistlərə açıqlamasında bildirib.
O, milliyə görə təəssüfləndiyini deyib:
Əli Bəşirov: Rusiya keyfiyyətli rəqibdir. Buna rəğmən iki qol vurmuşduq. Ancaq sonradan məğlub olduq. Komandama görə təəssüflərinəm".
U-16 finalda Rusiya yığmasına 2:3 hesabı ilə məğlub olaraq, gümüş medal qazanıb. Komandamızın hər iki qolunu Əli Bəşirov vurub.