EN

Tbilisidə etiraz aksiyası zamanı 32 polis əməkdaşı yaralanıb - YENİLƏNİB 2

Şənbə günü Tbilisidə keçirilən etiraz aksiyasında azı 32 polis əməkdaşı yaralanıb, onlardan biri ağır yaralanıb.

APA xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze məlumat verib.

“Ümumilikdə 32 polis əməkdaşı yaralanıb. Onlardan 30 zabit yüngül, biri ağır xəsarətlər alıb. Amma xoşbəxtlikdən onun vəziyyəti stabildir, biri isə orta ağır xəsarət alıb”, - Daraxvelidze bildirib.

Qeyd edək ki, bazar günü gecə Daxili İşlər Nazirliyi etiraz aksiyasının beş təşkilatçısı, o cümlədən Zodelava və opera müğənnisi Paata Burçuladzeni hökumətin devrilməsinə çağırış və qrup zorakılığının təşkilinə görə həbs edib.

Onları 9 ilə qədər həbs gözləyir.

***

00:21

Oktyabrın 4-də Tbilisidə keçirilmiş mitinqdə baş verən qarşıdurmalar zamanı xəsarət alan 6 etirazçı və 21 polis əməkdaşı xətəxanalara yerləşdirilib.

APA-nın yerli bürosu xəbəri verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyindən bildirilib.

Təxminən 30 nəfərə yerində tibbi yardımın göstərildiyi qeyd edilib.

“Hospitlizasiya edilənlər müxtəlif dərəcəli travmalar alıblar. Bir polis əməkdaşının vəziyyəti ağır olaraq qiymətləndirilir. Xəsarət alanların bir qismi tibbi müayinədən keçirilir və həkim nəzarəti altında saxlanılır”, - nazirliyin məlumatında deyilir.

***

22:14

Tbilisidə müxalifətin keçirdiyi mitinq zamanı yaranmış qarşıdurma nəticəsində 14 polis əməkdaşı yaralanıb.

APA-nın yerli bürosu xəbəri verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, polis əməkdaşları müxtəlif travmalar alıblar, onlardan biri ağır vəziyyətdədir.

Nazir müavini aksiya iştirakçılarını polisin qanuni tələblərinə əməl etməyə və vəziyyətin gərginləşdirilməsinə yol verməməyə çağırıb.

Chosen
18
2
apa.az

3Sources