EN

Dohada oğlu öldürülən HƏMAS liderinin ilk görüntüləri yayıldı

HƏMAS hərəkatının lideri və qrupun danışıqlar heyətinin rəhbəri Xəlil əl-Heyyə sentyabrın 9-da İsrailin Dohadakı iqamətgahını vurmasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, HƏMAS-ın Telegram kanalında əl-Heyyənin yer aldığı video yayımlanıb.

Videonun Qətərin “Al Araby” telekanalında yayımlandığı iddia edilib. Görüntülərin harada və nə vaxt çəkildiyi barədə məlumat yoxdur, lakin çıxışı zamanı HƏMAS lideri digər məsələlərlə yanaşı, Qətərin paytaxtına endirilən zərbədə oğlunun öldüyünü də qeyd edib.

Oktyabrın 6-da İsraillə dolayı məsləhətləşmələrin növbəti raundu üçün Qahirəyə gedəcək hərəkatın nümayəndə heyətinə əl-Heyyənin rəhbərlik etməyi planlaşdırıb-planlaşdırmadığı hələ açıqlanmayıb. 

Musavat.com

Chosen
10
50
musavat.com

10Sources