EN

İrəvan və Bakı arasında razılaşma Rusiya sərhədçilərinə şamil edilir? – Ermənistan XİN-dən AÇIQLAMA

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan ölkədə Rusiya sərhədçilərinin mövcudluğu ilə bağlı danışıb..

Ulusal.az xəbər verir ki, o, bu məsələ ilə bağlı “PassBlue” nəşrinin müxbirinin müvafiq sualını cavablandırıb.

O bildirib ki, Ermənistanla Bakı arasında imzalanmış razılaşma Ermənistan-İran sərhədində patrul xidmətinə aid deyil.

“Bu məsələ Rusiya ilə ikitərəfli razılaşma çərçivəsində tənzimlənir, yəni bizim parafladığımız sülh sazişinə aid deyil,” – deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.

Xatırladaq ki, avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan liderləri – Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan İrəvanla Bakı arasında münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. Bu sənəd iki ölkə arasında tamhüquqlu sülh müqaviləsinin imzalanmasına və Qarabağ məsələsinin bağlanmasına doğru ilk addım hesab olunur.

Chosen
1
1
moderator.az

5Sources