ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin hansı şəraitdə mümkün ola biləcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində yazıb.
Tramp izah edib ki, HƏMAS ABŞ-nin şərtləri ilə razılaşarsa, atəşkəs mümkündür.
“HƏMAS İsrailin geri çəkilmə xətti ilə bağlı razılaşmanı təsdiqlədikdə, atəşkəs dərhal qüvvəyə minəcək, girov və əsirlərin mübadiləsinə başlanacaq”, - Amerika lideri vurğulayıb.