EN

Kiçik, lakin təsiri güclü supermeyvə: Həftədə bir dəfə yeyin

Sağlamlıq mütəxəssisləri bildirirlər ki, immuniteti gücləndirən və diabet riskini azaldan bəzi meyvələr mütləq həftəlik qida rasionunda yer almalıdır. Üstəlik, bu meyvələr həm asanlıqla tapılır, həm də münasib qiymətədir.

E-saglam.az xəbər verir ki, son araşdırmalara görə, manqo kimi şəkərli hesab edilən bəzi meyvələr belə, düzgün istifadə edildikdə qan şəkərinə müsbət təsir göstərə və bədən yağını azalda bilər. Mütəxəssislər vurğulayırlar ki, əsas məsələ təkcə şəkərin miqdarı deyil, onun qida içində necə təqdim olunmasıdır.

Alma

Flavonoidlər adlanan güclü antioksidantlarla zəngindir. Daimi istehlakı xolesterolu azaldır, 2-ci tip diabet riskini aşağı salır. Ən faydalı formada qabığı ilə birlikdə çiy yeyilməsidir.

Blueberry (yaban mersini)

Ürək-damar sağlamlığını dəstəkləyir, insulin həssaslığını artırır və qan dövranını yaxşılaşdırır. Təzə və ya dondurulmuş halda yeyilməsi tövsiyə olunur.

Armud

Həll olunan liflə zəngindir, qan şəkərinin dəyişməsinin qarşısını alır, həzmi asanlaşdırır. Qabığı ilə yeyildikdə daha faydalıdır.

Nar

Qan şəkərinin sürətli yüksəlməsini ləngidir, lif və antioksidanlarla zəngindir. Toxumlarının salatlara əlavə olunması qida dəyərini daha da artırır.

Moruq

Aşağı şəkər, yüksək liflə seçilir. Qan şəkərini tənzimləyir, toxluğu artırır və bağırsaq sağlamlığını dəstəkləyir. Təzə və ya dondurulmuş halda qida dəyərini qoruyur.

Mütəxəssislər bildirirlər ki, bahalı və ekzotik meyvələr axtarmaqdansa, supermarketdə asanlıqla tapılan bu sadə, amma güclü supermeyvələrə üstünlük vermək sağlam həyat tərzi üçün kifayət qədər böyük fayda gətirə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
21
e-saglam.az

1Sources