EN

Qahirədə Qəzza danışıqları üçün nümayəndələr toplanır

Təxminən iki ildir davam edən Qəzza müharibəsinə son qoymaq məqsədilə planlaşdırılan danışıqlardan əvvəl nümayəndələr Misirin paytaxtı Qahirədə toplanmağa başlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Əlcəzirə məlumat yayıb.

Məlumata görə, Misirin dövlətə yaxın media qurumları xəbər verib ki, HƏMAS və İsrail rəsmiləri bazar və bazar ertəsi günləri birbaşa olmayan danışıqlar aparacaqlar.

“Ağ Ev”in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp şənbə günü iki xüsusi elçini , Cerəd Kuşner və Yaxın Şərq üzrə əsas nümayəndə Stiv Vitkofu Misirə göndərib.

Chosen
11
10
redaktor.az

10Sources