Astara stansiyasından 13 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 05:36-da qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.
Yeraltı təkanların ocağı 45 kilometr dərinlikdə yerləşib.