Ajans.az xəbər verir ki,bu haqda FHN məlumat yayıb. Bildirilib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının yaşayış binasının zirzəmisində elektrik lövhəsində baş verdiyi müəyyən edilib. Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub./qafqazinfo