Tbilisidə keçirilən etiraz aksiyaları zamanı xəsarət alan polis əməkdaşlarının sayı 32-yə yüksəlib.
Far.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaralananlardan 30-u yüngül xəsarət alıb, bir polis orta ağır, digəri isə ağır vəziyyətdədir. Həkimlər ağır yaralanan əməkdaşın durumunun sabitləşdiyini açıqlayıblar.
Gürcüstan Səhiyyə Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, 4 oktyabrda Tbilisidə baş verən iğtişaşlar nəticəsində 21 hüquq-mühafizə orqanı əməkdaşı və 6 aksiya iştirakçısı xəsarət almışdı. Onlar təcili yardım briqadaları tərəfindən xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, ilkin məlumatlarda yaralı polis əməkdaşlarının sayı 14 olaraq göstərilmiş, Baş nazir İrakli Kobaxidze isə sonradan bu rəqəmin 15 olduğunu, 6 etirazçının da xəsarət aldığını açıqlamışdı.
Beləliklə, Tbilisidəki son etirazlar nəticəsində ümumilikdə 32 polis əməkdaşı və azı 6 aksiya iştirakçısı müxtəlif dərəcəli xəsarətlər alıb.
🚨🇬🇪 Massive Anti-Government Protests Erupt in Tbilisi Amid Local Election Controversy
— Militant Tracker (@MilitantTracker) October 5, 2025
Tbilisi, Georgia – Tens of thousands of Georgians have taken to the streets of Tbilisi in a wave of anti-Georgian Dream Party protests following recent local elections, which critics claim… pic.twitter.com/MyTtpYBRDr