Ajans.az xəbər verir ki,hadisə rayonun Ağköynək kəndində qeydə alınıb. Minik avtomobilinin dərəyə aşması nəticəsində 2004-cü il təvəllüdlü Afiq İsmayılov və həmyaşıdı Orxan Məmmədəliyev ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır./report.az