EN

Üçüncü dəfə Tbilisinin meri olacaq KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Tbilisi meri seçkilərində hakim “Gürcü Arzusu– Demokratik Gürcüstan” partiyasının namizədi Kaxa Kaladze qalib gəlib.

KONKRET.az xəbər verir ki, bu haqda Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

Belə ki, hakim “Gürcü Arzusu” partiyasından Tbilisi merliyinə namizədliyini irəli sürən Kaladze 214 min 575 səs toplayıb və 71,588 faiz səslə qalib gəlib.

Onun əsas rəqibi, “Güclü Gürcüstan – Lelo” partiyasından olan İrakli Kupradze 37 257 səs toplayıb və 12,43% səslə ikinci olub.

“Qirçi” partiyasının lideri İaqo Xviçia isə 7,518% səs toplayıb.

Qeyd edək ki, K.Kaladze 2017-ci ildən paytaxtın meri vəzifəsində çalışır və üçüncü dəfədir, hakim partiyadan namizədliyini irəli sürüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
6
konkret.az

10Sources