EN

DİN in əməkdaşları III MDB oyunları ilə bağlı fasiləsiz rejimdə çalışır Video+Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Ölkəmizdə keçirilən III MDB oyunları ilə əlaqədar Qəbələdə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə DİN-in əməkdaşları tərəfindən fasiləsiz xidmət təşkil olunub.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, rayon ərazisində və oyunların keçirildiyi məkanlarda xidmətə əlavə canlı qüvvə cəlb edilib. 

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin qorunması, eləcə də hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
24
qafqazinfo.az

10Sources