Azərbaycan milli komandası oktyabrın 6-dan 8-dək Bakıda təlim-məşq toplanışında olacaq. Millimiz oktyabrın 8-də Fransanın paytaxtı Parisə yollanacaq.
Teleqraf xəbər verir ki, komandamızın baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da “Park de Prens”də Fransa yığması, oktyabrın 13-də isə Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda Ukrayna seçməsinə qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.
A millinin heyətini nəzərinizə çatdırırıq: