EN

Bakıda restoranda yanğın baş verib

Bakıda restoranda baş verən yanğının qarşısı alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Qeyd edək ki, hadisə paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində qeydə alınıb.

***11:04

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə FHN Mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Chosen
22
12
far.az

10Sources