EN

FIFA prezidenti “instaqram”da Azərbaycanı təbrik etdi - VİDEO

FIFA prezidenti Canni İnfantino Azərbaycan və Özbəkistanı 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəyi ilə bağlı təbrik edib.

Sportinfo.az xəbər verir ki, o bununla bağlı instaqram hesabında paylaşım edib.

“FIFA Şurası Avropa və Asiyanı birləşdirəcək və idmanımızda ən parlaq gənc istedadı nümayiş etdirəcək tarixi turnir olan 2027-ci il FIFA U-20 dünya çempionatına ev sahibliyi etmək üçün Azərbaycan və Özbəkistanı seçdiyini bildirməkdən məmnunam.

Mən hər iki ölkəni təbrik edirəm və 2027-ci ildə bu turnirin fantastik 25-ci buraxılışını və FIFA-ya üzv iki assosiasiyanın birgə ev sahibliyi edəcəyi ilk turniri səbirsizliklə gözləyirəm”, - deyə o paylaşımda bildirib.

Futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.

Chosen
19
1
sportinfo.az

10Sources