EN

Türk serialında Azərbaycanla bağlı səhnə gündəm oldu VİDEO

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyədə yayımlanan məşhur “Veliaht” serialında Azərbaycanın “Ayrılıq” mahnısı səsləndirilib.

Globalinfo.az xəbər verir ki, səhnə sosial şəbəkələrdə izləyicilərin böyük marağına səbəb olub.

Bundan əvvəl də Türkiyənin populyar “Kızılcık Şerbeti” serialında Azərbaycanın məşhur xalq mahnısı “Ay saçı burma” səsləndirilmişdi. Lakin həmin epizod Azərbaycan sosial media seqmentində birmənalı qarşılanmamışdı. Bir çox izləyici aktyorun mahnının müşayiəti ilə ifa etdiyi rəqsi qeyri-ciddi və “isterik” hesab etmişdi.

“Veliaht” serialında səsləndirilən “Ayrılıq” mahnısı izləyicilər tərəfindən müsbət qarşılanıb. Onlar təqdimatın yerində və emosional olduğunu vurğulayıblar.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
1
globalinfo.az

2Sources