EN

Bərdənin raket atəşinə tutulmasından 5 il ötür

Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutmasından 5 il ötür.

OLAY yazır  ki, Ermənistan silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinin gedişində - oktyabrın 5-də Bərdə şəhərini atəşə tutub.

Bərdənin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.


Chosen
7
12
olay.az

5Sources