EN

Ruslar Lvovu vurdular: Ölən və yaralananlar var

Ukraynanın Lvov şəhərinə Rusiya Silahlı Qüvvələrinin (SQ) hücumları nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri 5 saatdan çox müddət ərzində bölgəyə zərbələr endirib. Bir sıra obyektlərə, o cümlədən yaşayış binalarına ziyan dəyib.

Chosen
13
3
publika.az

5Sources