Azərbaycanın futbol üzrə milli komandası oktyabrın 6-dan 8-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Bu barədə BAKU.WS-ə AFFA-dan bildirilib.
Milli oktyabrın 8-də Fransanın paytaxtı Parisə yollanacaq.
Komandanın baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da "Park de Prens"də Fransa yığması, oktyabrın 13-də isə Polşanın Krakov şəhərində yerləşən "Krakoviya" stadionunda Ukrayna seçməsinə qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.
A millinin heyətini nəzərinizə çatdırırıq:
S. | Ad / Soyad | Klub |
1 | Şahruddin Məhəmmədəliyev | Qarabağ |
2 | Aydın Bayramov | Zirə |
3 | Rza Cəfərov | Neftçi |
4 | Bəhlul Mustafazadə | Qarabağ |
5 | Anton Krivotsyuk | Daejon Hana (Cənubi Koreya) |
6 | Elvin Bədəlov | Neftçi |
7 | Cəlal Hüseynov | Arda (Bolqarıstan) |
8 | Rəhman Daşdəmirov | Sabah |
9 | Abbas Hüseynov | Qarabağ |
10 | Faiq Hacıyev | Turan Tovuz |
11 | Qismət Alıyev | Zirə |
12 | Elvin Cəfərquliyev | Qarabağ |
13 | Rahil Məmmədov | Araz-Naxçıvan |
14 | Emin Mahmudov | Neftçi |
15 | Murad Xaçayev | Neftçi |
16 | Səbuhi Abdullazadə | Sumqayıt |
17 | İsmayıl İbrahimli | Zirə |
18 | Abdulla Xaybullayev | Sabah |
19 | Toral Bayramov | Qarabağ |
20 | Ceyhun Nuriyev | Zirə |
21 | Rüstəm Əhmədzadə | Sumqayıt |
22 | Anatoli Nuriyev | Sabah |
23 | Mahir Emreli | Kayzerslautern (Almaniya) |
24 | Renat Dadaşov | Motor (Polşa) |
25 | Musa Qurbanlı | Qarabağ |
26 | Nəriman Axundzadə | Qarabağ |