Bərdədə pendir sexində partlayış baş verib.
Operativ Media xəbər verir ki, hadisə sexin qazanxanasında qeydə alınıb.
Partlayış nəticəsində nəzarətçi, 1960-cı il təvəllüdlü Teyyub Yusubov dünyasını dəyişib.
Hadisəyə qaz sızmasının səbəb olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.