EN

İstanbul klubunun baş məşqçisi istefa verdi

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

Sportal.az xəbər verir ki, "Eyüpspor" Selçuk Şahinlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssis Super Liqanın 8-ci turunun "Kocaelispor"la matçından sonra rəhbərliyə istefa ərizəsini təqdim edib. Məşqçinin istefası qəbul olunub.

Qeyd edək ki, Selçuk Şahin mövsümün əvvəlində "Eyüpspor"un baş məşqçisi təyin olunmuşdu. İstanbul təmsilçisi ölkə çempionatında 8 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi

Chosen
26
1
sportal.az

2Sources