EN

Ukraynaya hücum: NATO qırıcıları qaldırıldı

Rusiyanın Ukraynaya PUA və raket hücumundan sonra Polşa hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə qırıcılarını havaya qaldırıb.

Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Rusiya gecə və səhər saatlarında Ukraynanın müxtəlif bölgələrinə, xüsusilə qərbdə yerləşən Lvov şəhərinə kütləvi raket və dron hücumları təşkil edib. Hücuma cavab olaraq NATO-nun müttəfiq təyyarələri də havaya qalxıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın 50-dən çox raket və təxminən 500 PUA ilə hücum etdiyini bildirmişdi.

Chosen
21
3
axar.az

10Sources