21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Şotlandiyaya qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz oktyabrın 10-da səfərdə Çexiya, 14-də isə evdə Şotlandiya seçməsi ilə qarşılaşacaq.
U-21-in heyətini və oyunlarının təqvimini təqdim edirik:
Qapıçılar: Rəvan Mirzəmmədov ("Sabah"), Xəyal Fərzullayev ("Sumqayıt"), Səlim Həşimov ("Şamaxı"), İbrahim Ramazanov ("Turan Tovuz")
Müdafiəçilər: Elgün Dünyamalıyev ("Sabah"), Raul Məmmədov ("Kəpəz"), Nadir Orucov ("Sumqayıt"), Emin Rüstəmov ("Səbail"), Əkbər Eyubov ("Zirə"), Sənan Muradlı ("Şamaxı"), Rüfət Abbasov ("Şamaxı")
Yarımmüdafiəçilər: Fəxri Məmmədli ("Səbail"), Eşqin Əhmədov ("Qəbələ"), Hikmət Cəbrayılzadə ("Qarabağ"), Murad Məmmədov ("Neftçi"), Nihad Əhmədzadə ("Sumqayıt"), Emil Süleymanov ("Şamaxı"), Oruc Məmmədov ("Şamaxı")
Hücumçular: Şahin Şahniyarov ("Qəbələ"), Şahin İbrahimov ("Sabah"), Xəyal Əliyev ("Sabah"), Ağadadaş Salyanskiy ("Neftçi"), Nahid Əliyev ("Şəfa"), Sadiq Şəfiyev ("Kəpəz")
10 oktyabr
20:00. Çexiya (U-21) – Azərbaycan (U-21)
Karvina şəhər stadionu
14 oktyabr
19:00. Azərbaycan (U-21) – Şotlandiya (U-21)
Bakı, “Dalğa Arena”