EN

Kobaxidze: Gürcüstanda “maydan” cəhdi iflasa uğradı – 4 ilə 5-ci uğursuzluq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətin hökuməti devirmək cəhdlərini iflasa uğramış addımlar adlandırıb.

Musavat.com xəbər verir ki, baş nazir brifinqdə dünənki proseslərə münasibət bildirib:
“Dövlət çevrilişinə yönəlmiş cəhd baş tutmadı. Son dörd ildə artıq beşinci dəfədir ki, ölkəmizdə ‘maydan’ ssenarisi qurulmağa çalışılır. Amma bütün bu addımlar uğursuzluqla nəticələnib”, – Kobaxidze deyib.

Onun sözlərinə görə, cəmiyyət Gürcüstanın sabitliyini qorumaq üçün bu cəhdlərin qarşısında dayanıb. Baş nazir əlavə edib ki, bu təşəbbüslərin arxasında əsasən sabiq prezident Mixeil Saakaşvilinin qurduğu “Vahid Milli Hərəkat” partiyası dayanır və xalq onları “natsi” adlandırır.


Musavat.com

Chosen
13
musavat.com

1Sources