Yazını böyüt
Yazını kiçilt
BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpasından sonra bu agentliklə Qahirədə imzalanmış saziş qüvvədən düşdüyü üçün İran BAEA ilə əməkdaşlıqla bağlı yeni qərarlar qəbul etməyə məcbur olacaq.
Bu barədə İran xarici işlər naziri Abbas Araqçi bildirib.
"Bir neçə raund danışıqlardan sonra Qahirədə [BAEA ilə] razılıq əldə olundu, lakin indi Qahirə razılaşması yeni reallıqlar, o cümlədən "snapback" mexanizmi səbəbindən kifayət deyil və yeni qərarlar qəbul ediləcək", - deyə nazir Tehranda xarici diplomatik missiyaların rəhbərləri ilə görüşdən sonra mətbuat konfransı zamanı.