“Bütün dünya müharibəyə hazırlaşır”.
Bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib.
“Dünyada tam xaos və çöküş hökm sürür. İnsanlar hamının müharibəyə hazırlaşdığını başa düşməlidirlər. Hazırlıq gedirsə, bu o deməkdir ki, baş verəcək.
Hər şeyin necə inkişaf etdiyini görürəm. Heç kim müzakirələrə hazırlaşmır, sadəcə danışıqlarda kimin tərəfində olacaqlarına baxırlar, səngərlərini qazırlar və müharibənin başlamasını gözləyirlər”, – deyə o bildirib.