Azərbaycan idmançıları III MDB Oyunlarında daha iki medal qazanıblar.
90deqiqe.Az-ın məlumatına görə, qılıncoynatmanın sablya növündə çıxış edən Valentina Zeynalova və Zərifə Hüseynova yarımfinal mərhələsinə yüksələrək bürünc medalı öz aktivlərinə yazdırıblar.
Qeyd edək ki, hər iki idmançı yarışlarda uğurlu çıxışları ilə fərqləniblər.