III MDB Oyunlarında oğlan boksçular arasında final döyüşləri davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin boksçusu Əli Əliyev (48 kiloqram çəki dərəcəsi) Tacikistan təmsilçisi Azamjon Hasanova qalib gələrək qızıl medala layiq görülüb.
Qeyd edək ki, bundan əvvəl digər boksçumuz Qardaş Rəhimov (46 kiloqram) Özbəkistan təmsilçisi Utkirbek Norkosimova qalib gələrək Azərbaycan millisinin ilk qızıl medalını qazanıb.