EN

Gürcüstan DİN etirazçılara xəbərdarlıq edib

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tbilisidə ötən gün baş verənlərə əsaslanaraq belə qənaətə gəlinib ki, bu gün və yaxın günlərdə keçiriləcək istənilən toplantı dünənki cəhdin davamı olacaq.

APA-nın yerli bürosu xəbəri verir ki, bu barədə Gürcüstanın Daxil İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, ictimai asayiş və təhlükəsizliyə təhdidin qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

DİN hər kəsi bu halı nəzərə almağa və onlara qarşı qanuni tədbirlərin görülməsi üçün əsas ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

Məlumatda vurğulanıb ki, ötən gün məqsədi hakimiyyəti devirmək olan aksiyada qanun pozuntularına yol verənlərin müəyyən olunması və məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
10
apa.az

10Sources