EN

Gürcü xalqı heç vaxt buna imkan verməyəcək - Kavelaşvili

Şəhərdə xaosa səbəb olan etirazçılar xarici xüsusi xidmət orqanları tərəfindən idarə olunur.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili deyib.

“Cəmiyyət vandalizm aktlarının, çağırışların şahidi oldu. Gürcüstanda hələ də xarici kəşfiyyat orqanlarının nəzarəti altında fəaliyyət göstərən qüvvələr var. Gürcü xalqı heç kimə güc yolu ilə hakimiyyəti dəyişməyə imkan verməyəcək. Bu ölkədə rəhbərlik ancaq seçki yolu ilə dəyişdirilə bilər”, - Kavelaşvili bildirib.

Chosen
16
3
axar.az

10Sources