“Fənərbağça”nın yeni prezidenti Sadettin Saranın özündən 31 yaş kiçik aktrisa Nafia Tanrıverdi ilə səmimi fotosunun yayılması sosial mediada səs-küyə səbəb olub.
Musavat.com-un məlumatına görə, cütlüyün eyni məkanlardan paylaşdıqları fotolar sosial mediada diqqətdən yayınmayıb.
Xüsusilə “Fənərbağça” azarkeşlərinin şərhləri diqqət çəkib: “Başqanıma çox yaraşır”, “Başqan fit adam, maşallah” kimi rəylərlə yanaşı, “Qızı yaşında biri ilə görüşür?” deyənlər də olub.
Jurnalist Birsen Altuntaş bildirib ki, Saran və Tanrıverdi bir dəvət zamanı tanış olub.
Musavat.com

