EN

Məşhur aktrisadan Fələstinlə bağlı ŞOK AÇIQLAMALAR - “Anamdan sonra...”

“Wednesday” serialı ilə şöhrət qazanan aktrisa Jenna Orteqa Fələstin xalqını “qəhrəmanı” kimi gördüyünü bildirib.

Musavat.com xəbər verir ki, Orteqa fələstinlilərin bütün çətinliklərə baxmayaraq, səsini ucaltmasının təqdirəlayiq olduğunu vurğulayıb.

Belə ki, Fransa mərkəzli “Gala” jurnalı “YouTube” platformasında yayımladığı müsahibəsində Jenna Orteqaya “Bugünkü qəhrəmanınız kimdir?” sualını ünvanlayıb.

Orteqa əvvəlcə anasını, daha sonra isə Fələstin xalqını öz qəhrəmanı kimi gördüyünü söyləyib:

“Özümü Fələstin xalqına çox yaxın hiss edirəm. Onların səslərini ucalda bilməsi və dünya onları nə qədər görməzlikdən gəlsə də, səsini daim duyurmağa çalışması çox vacib və alqışalayiqdir. Mən də onların səsini daha da gücləndirmək və dünyaya eşitdirmək istəyirəm”.

Xatırladaq ki, ABŞ-də 2023-cü ildə Fələstin mövzusunda açıq dəstək verdiyi üçün meksikalı aktrisa Melissa Barrera “Scream 7” filminin heyətindən çıxarılmışdı. Həmin filmin əsas rollarından birini oynayan Jenna Orteqa isə sonradan layihədən ayrılmışdı.

Musavat.com

Chosen
33
musavat.com

1Sources