EN

"Rusiya havanın soyumasından silah kimi istifadə edir"

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Rusiyanı soyuq havadan silah kimi istifadə etməyə cəhd göstərməkdə ittiham edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.

O vurğulayıb ki, havaların soyuması fonunda Rusiya Xarkov və Poltava vilayətlərində enerji obyektlərinə genişmiqyaslı hücum həyata keçirib.

"Bu, müharibə başlayanda qaz hasilatı obyektlərimizə edilən ən böyük hücum idi. Hücumda 60 pilotsuz uçuş aparatı və 35 raket, o cümlədən ballistik raketlər istifadə edilib. Nəticədə ciddi zərər dəyib. Rusiya bir daha soyuğu Ukrayna xalqına qarşı aparılan soyqırımı xarakterli müharibəsində silah kimi istifadə etməyə çalışır. Bu, Soyqırım Konvensiyasının II maddəsinin (c) bəndinə uyğun cinayətdir. Beynəlxalq ictimaiyyəti qətiyyətli addımlar atmağa çağırırıq", - Sibiqa qeyd edib.

Nazir həmçinin Ukraynanın enerji şəbəkəsini qorumaq üçün əlavə hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu diqqətə çatdırıb:

"Ukraynanın enerji sistemini qorumaq üçün əlavə hava hücumundan müdafiə vasitələrinə, eləcə də Rusiyanın terror vasitələrini məhv etmək üçün uzaqmənzilli silahlara ehtiyacımız var. Bundan əlavə, ölkəmizin dördüncü hərbi qışı keçirməsi üçün təcili enerji yardımı, o cümlədən əlavə resurslar lazımdır".

Chosen
9
4
olke.az

5Sources