EN

Tunberq heç bir şikayət etməyib – İsrail

İsveçli fəal Qreta Tunberq də daxil olmaqla Sumud donanmasının həbsdə olan fəallarına qarşı sərt rəftarla bağlı iddiaları açıq-aşkar yalandır.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Nazirlikdən bildirilib ki, Qreta və digər saxlanılanlar dərhal deportasiyadan imtina etmiş və həbs müddətinin uzadılmasında israr ediblər:

“İsveçli fəal İsrail hakimiyyətinə heç bir şikayət etməyib”.

Qeyd edək ki, “Qardian” nəşri Tunberqin İsrail hakimiyyətinin onu böcəklərlə ilə dolu kamerada saxladığını və ona kifayət qədər su və yemək vermədiyini iddia etdiyini yazmışdı.

Chosen
23
2
konkret.az

3Sources