EN

Moskvadan Zeleskinin son təklifinə sərt REAKSİYA

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin “səmada birtərəfli atəşkəs” çağırışı Rusiyada sərt tənqid olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin məlumat verib.

“Bu boş-boş danışığın dəyəri yoxdur və heç kim ona inanmır. Ciddi, sistemli yanaşma ilə hazırlanmış təkliflər lazımdır. Bu barədə daim həm prezidentimiz, həm də digər rəsmi şəxslər danışırlar,” – deyə senator bildirib.

Karasinin sözlərinə görə, Zelenskinin bu kimi bəyanatları yalnız ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır:

“Bunun real mənası demək olar ki, yoxdur. Brüssel, London və Parisdən Zelenskiyə rəhbərlik edənlər bunu yaxşı başa düşməlidirlər. Onlar nifrət yaymaq əvəzinə, konkret və əsaslı təkliflər üzərində işləməlidirlər. Əminəm ki, biz onları nəzərdən keçirməyə hazır olacağıq”.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
globalinfo.az

1Sources