"Sumqayıt"ın futbolçusu Ronaldo Vaskez Dominikan milli komandasına dəvət olunub.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumaat yayıb.
26 yaşlı yarımmüdafiəçi Uruqvay ilə yoldaşlıq oyunu üçün yığmaya çağırılıb. Oyun oktyabrın 10-da keçiriləcək.