EN

Yeni baş məşqçini bölgə klubunda gözləyən TƏHLÜKƏ

"Kəpəz" ağır günündə yenidən Azər Bağırova tapşırıldı.

Təcrübəli mütəxəssis üçün tanış mənzərədir.

Söz vaxtına çəkər, ötən mövsümün bugünlərində də Gəncə klubunda vəziyyət indiki kimi idi.

Amma Bağırov çətin görünən missiyanın öhdəsindən gəlməyi bacarmışdı.

Gəncəli azarkeşləri indi düşündürən bir sual var - 41 yaşlı çalışdırıcı eyni uğuru təkrarlaya biləcəkmi?

Bacarığına zərrə şübhəm yoxdur.

Amma şərtlərin bu dəfə daha ağır olduğunu deməliyik.

Əslində problemlərdən çox danışmaq olar.

Sadəcə meydanda nəticə əldə etmək baxımından, yeni baş məşqçini qayğılandıracaq iki nüans üzərində daha çox durmağı seçdim.

Ötən mövsüm Bağırov gələndən sonra heyətdə ciddi dəyişikliklərə getmişdi.

Məhz onun istəyi ilə Dioqo Verdaska, Mahamadu Ba, Rati Ardazişvili, Valdemar Almeyda, Trent Buhaqiar, Şervon Mabatşoev heyətə cəlb edilmişdi.

Trent Buhaqiar xaric digərləri qısa müddətdə əsas heyət üzvünə çevrilərək komandanı çiyinlərində daşıya bilmişdi.

Bu gün Bağırovun eyni addımı atmaq lüksu yoxdur.

Ki, legioner limiti artıq dəyişib.

Daha əvvəlki illərdən fərqli olaraq milli üzvlərini sifariş etmək üçün də rüsum ödəmək mütləqdir.

Hazırda düşərgədə 12 əcnəbi var. Deməli, növbəti 3 gəlmənin sifarişi üçün ayrı-ayrılıqda 100 min manat rüsum ödəmək lazımdır.

Sonrasında rəqəm hətta 200 min manata kimi qalxır.

Bugünkü "Kəpəz"in büdcəsini nəzərə alsaq, yeni transfer şanslarının faktiki olmadığını görürük.

Yalnız yerli oyunçu heyətə qatmaq olar. O da varmı?

Ağır sualdı.

Digər ciddi problem qapı mövqeyidir.

Ötən sezon çərçivə Rojerio Santos kimi etibarlı əllərdə idi. Qapıçı komandanın yarısıdır deyimi 26 yaşlı kiperin boyuna biçilmişdi.

Bu gün isə həmin nöqtə bəlkə də "Kəpəz"in ən yaralı yeridir.

Qısası, Azər Bağırov ilk gəlişində öz ilə öz sisteminə yarayacaq bir qrup gətirmişdi.

Bu dəfə olanlardan konfet düzəltməli olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
7
sportinfo.az

1Sources