EN

Putini heyrətləndirən saç düzümü: Nə qədər vaxt lazımdır?

Rusiya Prezidenti Vladimir Putini qeyri-adi saç düzümü ilə təəccübləndirən memarın sözləri diqqət çəkib.

Demokrat.az xəbər verir ki, “Sirius” Konsert Mərkəzinin baş memarı Andrey Litvinov “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinə müsahibə verib.

O, hər səhər saçları üçün təxminən 30 saniyə vaxt sərf etdiyini deyib.

“Saç düzümüm az baxım tələb edir və mənim dizayna peşəkar yanaşmamı əks etdirir. İnsanın zahiri görünüşü həm daxili aləmini göstərmək üsuludur, həm də yaradıcı özünüifadə formasıdır. Burada tarazlığı qorumaq vacibdir”, – deyə memar bildirib.

Chosen
6
1
demokrat.az

2Sources