EN

“Bu yalnız seçki yolu ilə mümkündür” - Kavelaşvili

Gürcüstan Prezidenti Mixail Kavelaşvili bəyan edib ki, ölkədə hakimiyyət dəyişikliyi yalnız seçki yolu ilə mümkündür.

Redaktor.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Onun sözlərinə görə, Gürcüstan xalqı zorakılıqla hakimiyyətin dəyişməsinə imkan verməyəcək. 

Gürcüstanda yerli seçkilər fonunda oktyabrın 4-ü şənbə günü günortadan sonra etirazlar başlayıb. Nümayişçilər əvvəlcə Tbilisi küçələrinə çıxaraq Rustaveli prospektini bağlayıblar. Axşama doğru etirazlar daha geniş və daha dağıdıcı xarakter alıb.

Chosen
22
2
redaktor.az

3Sources