İngiltərədə məscidi yandırdılar
İngiltərənin Pisheyven şəhərində naməlum şəxslər məscidi yandırıblar.Metbuat.az xəbər verir ki, bu barədə Sasseks qraflığının polisi "X" sosial şəbəkə hesabında məlumat verib. Məlumata görə, gecə baş vermiş yanğın nəticəsində məscidin əsas girişi və yaxınlıqda park edilmiş avtomobil zərər görüb.Xəsarət alan olmayıb.