EN

MDB Oyunlarında Azərbaycan boksçularından möhtəşəm nəticə

MDB Oyunlarında oğlan boksçular arasında müxtəlif çəki dərəcələrində final qarşılaşmaları keçirilir.

Publika.az xəbər verir ki, Azərbaycan millisinin boksçusu Şahin Aslanov (60 kiloqram) Özbəkistan təmsilçisi Otabek Nurmahamadov üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.

Xatırladaq ki, bundan əvvəl digər Azərbaycan boksçuları da final görüşlərində uğur əldə ediblər. Qardaş Rəhimov (46 kiloqram), Əli Əliyev (48 kiloqram) və Əli Abaslı (52 kiloqram) qələbə qazanaraq Azərbaycan millisinin hesabına qızıl medallar əlavə ediblər.

Chosen
14
10
publika.az

10Sources