Tibetdə dağın şərq yamacında şiddətli qar fırtınası səbəbindən 1000-ə yaxın alpinist Everestdə köməksiz vəziyyətdə qalıb.
News24.az xəbər verir ki, güclü qar yağışı xilasetmə işlərinə mane olur.
Məlumata görə, 1000-ə yaxın insan bütün marşrut boyu təhlükədədir. Bəziləri özləri aşağı enməyi bacarsalar da, əksəriyyətinin köməyə ehtiyacı var.
Oktyabrın 4-ü axşam saatlarında başlayan qar fırtınası görmə məsafəsini bir metrdən də aşağı salıb.
Everest Landşaft Parkına giriş və bilet satışı dayandırılıb: parka gedən yollar qar yağması səbəbindən bağlanıb.(Unikal)