Zaqatalada 44 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Far.Az Oxu.Az-a istinadən, hadisə bu gün saat 13 radələrində Zaqatala rayonunun Mamrıx kəndində baş verib.
Kənd sakini, 1981-ci il təvəllüdlü İslam Davudov yaşadığı kənddə şabalıd yığarkən ağacdan yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.