EN

NATO da “Tramp qorxusu” Bu xəbər Vaşinqtona çatsaydı…

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

NATO rəhbərliyi əməkdaşlara Donald Tramp barədə zarafat etməyi qadağan edib. Bu, 2017-ci ildə Trampın birinci prezidentliyi dövründə baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə NATO-nun sabiq baş katibi Yens Stoltenberq “The Guardian” nəşrinə müsahibəsində bəhs edib.

O bildirib ki, bu qərarı şəxsən özü verib, çünki NATO-da Tramp barədə mənfi fikirlərin Vaşinqtonda daha da sərt şəkildə əks-səda verəcəyindən ehtiyat edib.

“İclaslarda Trampın paylaşımlarına, çıxışlarına gülmək və ya zarafat etmək qəti qadağan idi. Hətta bir nəfərin gülüşü belə bütün təşkilata yayıla bilərdi. Əgər Vaşinqton xəbər tutsaydı ki, NATO əməkdaşları Trampı ələ salır, bu, bizim üçün fəlakət olardı”, – Stoltenberq deyib.

Sabiq baş katib əlavə edib ki, Trampın gözlənilməz davranışları NATO daxilində ciddi intizam qaydalarının tətbiqinə səbəb olub.

“Biz özümüzü çox ciddi şəkildə nəzarətdə saxlamalıydıq. Trampın hər sözünü və hər jestini diqqətlə izləyirdik, çünki bir yanlış reaksiya alyansın ABŞ-la münasibətlərini zədələyə bilərdi,” – deyə Stoltenberq vurğulayıb.

Qeyd edək ki, Yens Stoltenberq xatirələrində Tramp dövründə NATO-nun bir neçə dəfə “dağılma həddinə” gəldiyini qeyd edib.

Aysel Əliyeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
globalinfo.az

1Sources