EN

MDB Oyunları: Oğlan boksçularımızdan 5-ci qızıl medal - FOTO

MDB Oyunlarında oğlan boksçular arasında müxtəlif çəki dərəcələrində final qarşılaşmaları yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin boksçusu Səfdər Məmmədzadə (+80 kiloqram) Özbəkistan təmsilçisi Farxodjon Bahadirov üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.

Xatırladaq ki, bundan əvvəl digər Azərbaycan boksçuları da final görüşlərində uğur əldə ediblər.

Qardaş Rəhimov (46 kiloqram), Əli Əliyev (48 kiloqram), Əli Abaslı (52 kiloqram) və Şahin Aslanov (60 kiloqram) qələbə qazanaraq Azərbaycan millisinin hesabına qızıl medallar əlavə ediblər.

 


Bizim.Media

Chosen
19
12
bizim.media

10Sources