EN

Gürcüstan DTX nin gizli əməliyyatı Ukraynadan gələn tapşırıqla…

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkə ərazisində 4 oktyabrda həyata keçirilməsi planlaşdırılan genişmiqyaslı diversiya cəhdinin qarşısının alındığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, məlumata görə, Tbilisidə eyni vaxtda silah və partlayıcı maddələrdən istifadə etməklə terror aktları və prezidentin rezidensiyasının ələ keçirilməsi planlaşdırılıb.

DTX-nin məlumatında bildirilir ki, diversiya üçün nəzərdə tutulan silah-sursat Gürcüstanın ərazisinə Ukraynada fəaliyyət göstərən bir qrupun nümayəndəsinin göstərişi ilə alınıb.

Xidmətin məlumatına əsasən, silah və partlayıcı maddələri Tbilisinin mərkəzinə gətirməyə çalışan şəxslər zərərsizləşdirilib.

Hadisə ilə bağlı istintaq tədbirləri davam edir.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
globalinfo.az

1Sources